“Selfie” şəklinin redaktəsi üçün mobil proqram nümayiş etdirilib

“Selfie” şəklinin redaktəsi üçün mobil proqram nümayiş etdirilib
10:35 10 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Fotoşəkillərin peşəkar emalı üçün proqramların hazırlanması ilə məşğul olan "Adobe" şirkəti süni intellekt və kompüter təlimi texnologiyalarını tətbiq etməklə "selfie" şəklinin redaktəsi üçün mobil əlavə yaradıb.  

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, şirkətin "Adobe Sensei" tədqiqat laboratoriyası "selfie" emalı üçün əlavənin işini praktiki nümayiş etdirib. Servis vasitəsilə fotoşəkilin uzaq məsafədən və adi fotoaparatla çəkilməsini göstərmək üçün sifətin nisbətlərini dəyişmək mümkündür. Bundan başqa, redaktor sifətin ikiölçülü yox, həcmli olması üçün onun əyilmə bucağını dəyişdirməyə imkan verir.

Proqramın daha bir xüsusiyyəti kadrdan insanı ayırmaq, fonu təmizləmək və sonradan onu geri qaytarmaqdan ibarətdir ki, bununla da yan tərəfdən çəkilmiş şəkil effekti alınır. Daha bir maraqlı funksiya digər fotoşəkillərdən effektləri tətbiq etmək imkanıdır. Funksiyanın bu yaxınlarda "Adobe" şirkətinin fotoşəkillərdə hava şəraitinin dəyişdirilməsi üçün nümayiş etdirdiyi eyni alqoritmdən istifadə etməsi ehtimal olunur.  

"Adobe" proqramı təqdim etməyi planlaşdırması barədə məlumat vermir.  

Nizam Nuriyev
 




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47033-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR