Reynaldo baş məşqçisiz qaldı

Reynaldo baş məşqçisiz qaldı
10:37 10 Aprel 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb. Fanat.Az xəbər verir ki, "Adanaspor"un çalışdırıcısı Levent Şahin postunu tərk edib.


Ötən gün evdə "Çaykur Rizəspor"a 1:3 hesabı ilə yenilən komandanın baş məşqçisi istefa qərarını açıqlayıb: "11 oyuna çıxdım, futbolçuların xoş niyyətindən şübhəm olmadı. Komandanın vəziyytini bilərək gəlmişdim. Amma bəzən işlər istədiyiniz kimi getmir. Kimisə ittiham etməyə ehtiyac yoxdu. Adana əhalisinə və "Adanaspor" azarkeşlərinə təşəkkür edirəm. İstefe verirəm".


Qeyd edək ki, "Adanaspor"da "Qarabağ"ın sabiq üzvü Reynaldo Silva çıxış edir. Qış fasiləsində Super Liqa klubuna keçən braziliyalı 8 oyunda meydana çıxaraq 274 dəqiqə oynayıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-reynaldo-ba-mqcisiz-qald-t57467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR