Millimizin üzvü restoranda azarkeşlərin hədəfinə çevrildi

Millimizin üzvü restoranda azarkeşlərin hədəfinə çevrildi
10:47 10 Aprel 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

"Bursaspor"da forma geyinən millimizin üzvü Dəniz Yılmazın Super Liqanın son turunda "Karabükspor"a qarşı oynamamasının səbəbi açıqlanıb. Əvvəlcə onun məşqdə çiynindən zədə aldığı və bu səbəbdən oynamadığı bildirilirdi.


Lakin əsl səbəbin başqa olduğu üzə çıxıb. Fanat.Az "Bursa Hakimiyyət" qəzetinə istinadən xəbər verir ki, millimizin üzvünün zədəsi ciddi olmayıb. O, ötən həftə ailəsi ilə birlikdə restoranda yemək yeyərkən yerli azarkeşlərin etirazı ilə üzləşib. 


Məlumata görə, bu olaydan sonra həvəsdən düşən Dənz Yılmaz baş məşqçi Mutlu Topçudan onu "Karabükspor" matçında oynatmamağı xahiş edib. Çalışdırıcı futbolçunun istəyini yerinə yetirirək onun adını matçın protokoluna salmayıb.


Qeyd edək ki, Superliqanın XXI turunda “Kayserispor”a (0:2) məğlubiyyətdən sonra “Bursaspor”lu azarkeşlər qırmızı vərəqə alan Dəniz Yılmazı sərt şəkildə tənqid etmiş, rəhbərlik isə onu komandadan uzaqlaşdırmışdı. Lakin futbolçumuz sonradan heyətə qaytarılmışdı.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-uzvu-restoranda-azarkelrin-hdfin-cevrildi-t57468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR