Millimizin üzvü restoranda problem yaşadı

Millimizin üzvü restoranda problem yaşadı
10:57 10 Aprel 2017
32 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz Türkiyədə yenidən problemlə üzləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Bursaspor"un hücumçusu növbəti dəfə azarkeşlərlə insident yaşayıb.

Mövsümün əvvəlində əməliyyat olunduğu üçün heç cür əvvəlki formasını bərpa edə bilməyən forvard Superliqanın XXVII turunda "Karabükspor"la qarşılaşmanı məhz azarkeşlərə görə buraxıb.
 
Düzdü, 3:0 hesabı ilə qalib gəldikləri görüşdə onun iştirak etməməsi çiynindən aldığı zədəli ilə əlaqələndirilirdi. Ancaq, sən demə, səbəb başqa imiş. Belə ki, matçdan bir gün öncə ailəsi ilə birlikdə restoranda nahar edən 29 yaşlı futbolçu orada olan bursalıların sərt tənqidi ilə üzləşib. Məhz bu hadisədən sonra həvəsdən düşən Yılmaz baş məşqçi Mutlu Topçudan qarşılaşmanın "18-liy"inə salınmamasını xahiş edib.
 
Qeyd edək ki, Superliqanın XXI turunda "Kayserispor"a (0:2) məğlubiyyətdən sonra "Bursaspor"lu azarkeşlər qırmızı vərəqə alan Dəniz Yılmazı sərt şəkildə tənqid etmiş, rəhbərlik isə onu komandadan uzaqlaşdırmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR