Türkiyə Superliqasında növbəti baş məşqçi istefası reallaşıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Adanaspor" klubunun çalışdırıcısı Levent Şahin vəzifəsindən uzaqlaşıb.
Belə ki, Superliqanın XXVII turunda evdə "Çaykur Rizəspor"a 1:3 hesablı məğlubiyyətdən sonra Şahin postunu tərk etdiyini açıqlayıb: "İkinci dövrəyə yaxşı başlasaq da, təəssüf ki, bunun davamını gətirə bilmədik. Komanda istədiyimiz kimi oynamır. Klubun önünü açmaq üçün ən yaxşısı vəzifəmdən getməkdi".
Superliqada 27 turdan sonra turnir cədvəlinin axırıncı pilləsində qərarlaşan "Adanaspor"un aktivində 20 xal var.
Qeyd edək ki, qış fasiləsində "Qarabağ"dan "Adanaspor"a keçən Reynaldo Silva "Çaykur Rizəspor"la görüşün son 20 dəqiqəsində meydanda olub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində