Bakıda sərnişin avtobusu qəzaya düşdü: 5 yaralı

Bakıda sərnişin avtobusu qəzaya düşdü: 5 yaralı
11:23 10 Aprel 2017
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda sərnişin avtobusu qəzaya düşüb.

“Report”un xəbərinə görə, hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu hissəsinə düşən ərazisində qeydə alınıb.

Məlumata görə, 77 saylı sərnişin avtobusu “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində ümumilikdə 5 nəfər xəsarət alıb. Belə ki, avtobus sərnişinləri arasında xəsarət alan üç nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Avtomobilin yaralanan sərnişinləri isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR