"Bəzi palçıq vulkanları yaşayış və istehsalat obyektlərinə çox yaxındır” - FOTO

"Bəzi palçıq vulkanları yaşayış və istehsalat obyektlərinə çox yaxındır” - FOTO
12:17 10 Aprel 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

"Son vaxtlar ölkə ərazisində seysmik proseslərin dinamikasında artım müşahidə olunur. Aparılan stasionar müşahidələrdə Qoruq ərazisindəki bəzi palçıq vulkanlarında aktivlik qeydə alınıb və uzun müddətdə fəaliyyətsiz qalan palçıq vulkanlarında toplanan enerji real təhlükə mənbəyi kimi qiymətləndirilib. Nəzərə alsaq ki, bəzi palçıq vulkanları yaşayış və istehsalat obyektlərinə yaxındır, bu fakt gələcəkdə böyük risklərdən xəbər verir".

Milli.Az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev deyib. Onun sözlərinə görə, palçıq vulkanlarının fəaliyyətindən asılı olaraq, onların qeyd edilən obyektlərlə ara məsafəsi ən azından 2 km olmalıdır: "Palçıq vulkanı püskürən zaman yerin altından çıxan qazlar alovlanır və eyni zamanda böyük məsafədə uzanan çatlar əmələ gəlir. Yaranan alov 100 metr məsafəyə təsir edə bilir və temperatur 1000 dərəcədən çox olur. Vulkan tullantıları hündürə qalxır və ətrafdakılara xəsarət yetirə bilər".
 
"Qoruğa daxil olunmuş bütün palçıq vulkanlarında çoxsaylı "xüsusi mühafizə rejimi" mərz nişanının yerləşdirilməsinə baxmayaraq, bəzi vətəndaşlar bilərəkdən və ya bunu pozurlar. Həmin pozuculara qarşı Qoruğun mühafizə əməkdaşları tərəfindən müvafiq qaydada işlər görülür, intizam tənbeh tədbirləri həyata keçirilir. Belə faktlar ən çox yaşayış məntəqələri və istehsalat obyektlərinə daha yaxın yerləşən palçıq vulkanları ərazilərində qeydə alınır. Buna misal olaraq, analoji tədbirlər Keyrəki, Qırməki və s. palçıq vulkanlarında qeydə alınmış pozuntular zamanı görülüb və müvafiq qaydada protokollaşdırılıb. Belə ciddi tədbirlərin tətbiqi, xeyli dərəcədə qanun pozuntularının qarşısını alır. Qoruğun hüdudlarına yaxın ərazilərə atılan bərk və məişət tullantıları, qazıntı işləri gələcəkdə yaradılması nəzərdə tutulan sanitariya-mühafizə zonası üçün əlverişli ərazilərin sıradan çıxmasına səbəb olur. Azərbaycanda palçıq vulkanlarının sayının çox olması və onların çox nadir, əhəmiyyətli təbiət hadisəsi kimi qiymətləndirilməsi, mühafizə olunmasında tək Dövlət Təbiət Qoruğunun deyil, bütün təbiətsevərlərin borcu olmalıdır" - o vurğulayıb.
 
C. Paşayev qeyd edib ki, Qoruğun geoekoloji risk daşıyan palçıq vulkanlarının bufer zonaları Qoruq əməkdaşları tərəfindən qiymətləndirilib və aidiyyəti üzrə müvafiq qurumlara təqdim olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR