Misirin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi

Misirin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi
12:17 10 Aprel 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 8-də Tanta və İsgəndəriyyə şəhərlərində törədilən terror aktları ilə əlaqədər Misirin Azərbaycandakı səfirliyində dövlət bayrağı yarıyadək endirilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Misirin ölkəmizdəki səfirliyindən xəbər verilib.

Qeyd edək ki, terror aktları zamanı Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə törədilən partlayışda isə 17 nəfər həlak olub.

Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması artıq öz üzərinə götürüb. Ölkədə 3 aylıq fövqəladə vəziyyət rejimi elan edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/533658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR