Tramp Putinə qarşı hücuma keçdi: YENİ PALAN

Tramp Putinə qarşı hücuma keçdi: YENİ PALAN
12:43 10 Aprel 2017
155 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Rusiyanın Suriyadakı addımlarına görə Putin hökumətinə qarşı yeni sanksiyalar irəli sürmək niyyətindədir.

Publika.az
xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley Trampın Rusiya və İrana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırdığını açıqlayıb.

“ABŞ-ın Suriya siyasətində bir neçə prioritet var. Birincisi, təkcə Əsədin getməsi yox, həm də İŞİD-in məhv edilməsidir. İkincisi, Əsəd prezident olduğu müddətdə Suriyada sülh görmürük. Üçüncüsü, İranın Suriyadakı nüfuzunu qırmaq və problemin həllinə nail olmaqdır. Rejim dəyişikliyinin reallaşacağını düşünürük”, - deyə o bildirib.

Dövlət Dumasının xarici əlaqələr komitəsinin rəhbəri Konstantin Kosaçev isə bildirib ki, Tramp Suriyaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq edərsə, bu, iki ölkənin münasibətlərini pozacaq.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR