Milli Bankın sədri İSTEFA VERDİ - Ukraynada

Milli Bankın sədri İSTEFA VERDİ - Ukraynada
12:47 10 Aprel 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

O, qanunsuz fəaliyyətə qarşı olduğu üçün ərizə yazıb

Ukrayna Milli Bankının (NBU) sədri Valeriya Qontaryova ölkə prezidenti Pyotr Poroşenkoya istefa ərizəsini təqdim edib.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, bu barədə məlumatı NBU və prezident aparatı hələ rəsmən şərh etməyib.

Qeyd edək ki, NBU sədrinin istefa ərizəsi yazmasına səbəb bir həftə əvvəl Ukrayna Milli Bankının (NBU) ölkədən pul vəsaitinin qanunsuz çıxarılması sxeminin təşkilində şübhəli bilinməsi göstərilir. Bunu Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) rəhbəri Artyom Sıtnik tərəfindən "TCH" kanalına müsahibəsində bildirib.

NABU hazırda Mərkəzi Bankın kommersiya banklarına pul vəsaitlərinin ofşor hesablara köçürülməsinə yardım etmək imkanlarını araşdırır. Müxtəlif hesablamalara görə, 1991-ci ildən etibarən Ukraynadan 148 mlrd. ABŞ dolları həcmində vəsaitin çıxarıldığı bildirilir.

A.Sıtnikin açıqlamalarına əsasən, NBU-nun təkrar maliyyələşmə ilə kommersiya banklarına verdiyi kreditlər ofşor hesablara və ya xarici banklara ötürülüb. Əməliyyat çərçivəsində NBU binasında axtarışlar aparılıb və lazımi sənədlər götürülüb. NABU rəhbəri həmçinin qeyd edib ki, "fikrimizcə, Mərkəzi Bankın iştirakı olmadan böyük həcmdə pul vəsaitinin xaricə köçürülməsi mümkün deyil".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR