Bakıda "Yehova şahidləri"nin toplaşmağına imkan vermədilər

Bakıda "Yehova şahidləri"nin toplaşmağına imkan vermədilər
13:05 10 Aprel 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən Bakının Qaradağ rayonu ərazisində yerləşən iki ünvana əməliyyat-baxış tədbiri keçirilib.

Milli.Az xəbər verir ki, Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Orucova Solmaz Məmməd qızına məxsus X.İsmayılov küçəsi, 5-ci massiv, ev 18 ünvanında və Ağaliyeva Sevil Babaəli qızına məxsus 1594-cü keçid, ev 24, mənzil 52 ünvanında "Yehova şahidləri" qeyri-ənənəvi dini təriqətinin üzvlərinin qanunsuz toplantı keçirdikləri aşkar edilərək qarşısı alınıb.

İki ünvanda 10-u azyaşlı uşaq olmaqla ümumilikdə 33 nəfər müəyyən edilib, həmin dini təriqətin təbliğini ehtiva edən çox sayda dini təyinatlı ədəbiyyat aşkar edilərək götürülüb və müvafiq qaydada sənədləşdirilib.

Fakt üzrə müvafiq araşdırma və təhqiqat tədbirləri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR