Bakıda əxlaqsız mesajlar verən biabırçı reklamlar - FOTOLAR

Bakıda əxlaqsız mesajlar verən biabırçı reklamlar - FOTOLAR
13:08 10 Aprel 2017
211 Ölkə
Ölkə mətbuatı
A- A+

Müasir dövrdə uğurlu biznes yaratmağın birinci yolu reklamdan, daha doğrusu uğurlu reklamdan keçir. Hərfi mənası latıncadan “qışqırmaq” olan reklam sözü hər hansı bir məhsulu kütlə üçün tanıtmaq məqsədini daşıyır. Azərbaycanda reklam yayımı mövcud qanuna əsaslanır. Bu qanunsa Azərbaycan Respublikasının Prezidentinin 15 may 2015-ci il tarixli Reklam haqqında Azərbaycan Respublikasının Qanunudur.

Femida.az Azərbaycan reklam bazarında uğursuz alınan reklamları araşdırıb. Məlum olub ki, yerli reklam şirkətlərinin çəkdiyi və hazırladığı reklamlarda hətta etik normalara sığmayan ifadələrə və işarələrə də rast gəlinir.

Dediklərimizi faktlarla təqdim edirik:

Gürcü mətbəxini reklam üçün nəzərtə tutulmuş və uğursuz alınan reklam






Digər bir reklamsa, yenə də qida ilə bağlıdır. Başlıqsa, belədir: “Tezliklə əliniz ətə çatacaq”





Növbəti bir uğursuz reklam isə yerli restoranların birinin 14 fevral günü hazırladığı bu nümunədir. “14 fevral – Ətin-ətə dəydiyi gündür”





Yerli taksi xidmətlərindən biri müştəriləri üçün öpüşmək üçün taksini seçə biləcəklərinə eyham edən reklamı seçib.





Daha bir anlaşılmaz reklam nümunəsi isə pizza mərkəzlərinin birinin reklamıdır. “Deşiklərimiz artıq xidmətinizdədir”, başlığı ilə.





Digər bir reklam nümunəsində isə “satışı bacarmaq üçün ağdamlı olmağa ehtiyac yoxdur” başlığı ilə verilib.





Bu cür reklam nümunələrininin siyahılarını artırmaq da olar.

Əslində məhsulların PR-ı necə qurulmalıdır?


PR meneceri Afət Yaqubova bununla bağlı Femida.az -a açıqlamasında bildirib ki, reklam istehsalçıların satış alətidir. Onlar bu məqsədə çatmaq üçün ən riskli addımlardan da istifadə edə bilərlər.






“Hər bir şirkətin öz məqsədi, öz hədəf kütləsi var. Tək şirkətin deyil, şirkətin istehsal etdiyi hər məhsulun ayrı-ayrılıqda hədəf kütləsi var. Reklamın da məqsədi auditoriyanın diqqətini cəlb etmək və məhsulu ona satdıra bilməkdir.Yəni, qısa desək, reklam satış alətidir.

Ünvanlandığın auditoriyanı doğru tanımaq və ona doğru müraciət etmək, fikrini aydın izah etmək, məhsulunu ona tanıda bilmək vacibdir. Sizin qeyd etdiyiniz nümunələrlə bağlı deyə bilərəm ki, burada məqsəd diqqəti cəlb etmək, haqqında danışmağa vadar etməkdir.
Belə tip reklamı hazırlayanların məqsədi daha çox adama yayılmaqdır. Çox vaxt da belə şirkətlər istəklərinə nail olurlar.

Bəzən sizin qeyd etdiyiniz kimi ifadələr səhv tərcümənin nəticəsində o cür anlaşılır. İfadənin çoxluq tərəfindən yozulması məsələsi var. Françayzinqlə gətirdiyi brendin ifadəsini tərcümə edirlər. Bu isə bəzən düzgün anlaşılmır”


Femida.az sosial şəbəkə iştirakçıları arasında yerli şirkətlər tərəfindən istehsal olunan reklam məhsulları barədə sorğu keçirib. Cavab verənlərin əksəriyyəti yerli reklam şirkətlərinin çəkdiyi reklamın süni və uğursuz alındığını hesab edirlər.

Rəşad Rüstəmov (Reshad Rustemov) adlı feysbuk istifadəçisi hesab edir ki, Nigar Camalın çəkildiyi “Always ultra” reklamında “keyfiyyət sərfəlidir, özün sına!” cümləsi məntiqsiz və yerində deyilməyən ifadədir.

Rəşad Rauf Oğlu adlı istifadəçi Bəhram Bağırzadənin çəkildiyi reklamları biabırçı və uğursuz hesab edir.

Ayla Gözölova başqa ölkələrin reklamlarını daha çox bəyendiyini və əyləncəli olduğunu deyir. O yerli reklamların süni alındığını və iştirakçıların aktyorluq qabiliyyitəninin aşağı olmasını söyləyir.

Albert M-ov adlı istifadəçinin fikrincə, kolbasa reklamlarının 99 faizi uğursuzdu.

Kiçik sorğudan da göründüyü kimi Azərbaycanda reklam bazarında çatışmazlıqlar çoxdur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/194472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR