Klub prezidenti futbolçuya sillə atdı

Klub prezidenti futbolçuya sillə atdı
13:17 10 Aprel 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin Həvəskarlar Liqasının III qrupunda mübarizə aparan "Arsinspor" ilə "Artvin Hopaspor" arasında keçirilən görüşdə gərginlik yaşanıb. 


Fanat.Az xəbər verir ki, ilk hissə bitdikdən sonra soyunub-geyinmə otağına gedən yolda "Arsinspor"un prezidenti Kamil Ustaömeroğlu rəqib komandanın futbolçusu Burak Bükel ilə dalaşıb. 


Klub rəhbəri futbolçuya yumruq atdıqdan sonra hər iki klubun futbolçuları və rəsmiləri arasında da qarşıdurma yaranıb. Araya polis girdikdən sonra tərəflər ayrılıb. 


Qeyd edək ki, görüşdə "Arsinspor" 4:1 hesabı ilə qələbə qazanıb. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-klub-prezidenti-futbolcuya-sill-atd-t57472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR