Bakıda bir nəfəri öldürüb, birini yaralan şəxsin işi MƏHKƏMƏDƏ

Bakıda bir nəfəri öldürüb, birini yaralan şəxsin işi MƏHKƏMƏDƏ
15:34 7 Yanvar 2015
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, bir nəfəri isə yaralamaqda təqsirləndirilən Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Elnur Tahirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə ittiham olunan şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəməyə baxış yanvarın 8-ə təyin edilib.

Qeyd edək ki, hadisə keçən il avqustun 9-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində qeydə alınıb. Beyləqan rayon sakinləri Rəşad Əliyev və Səyavuş Orucov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər. R.Əliyev aldığı xəsarətdən orada dünyasını dəyişib.

İlkin araşdırmalar nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəxsin M.Ə.Rəsulzadə qəsəbə sakini Elnur Tahirov olduğu müəyyən edilib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E. Tahirov tutulub.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR