“İnter” “Zirə”yə, “Sumqayıt” AZAL-a qarşı - YENİLƏNİR

“İnter” “Zirə”yə, “Sumqayıt” AZAL-a qarşı -   YENİLƏNİR
13:47 10 Aprel 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

 

“Zirə” “İnter”i, AZAL “Sumqayıt”ı qəbul edəcək. Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan “Zirə” ilə “İnter”in dueli az maraq kəsb etmir. “İnter” 3-cü yerdə möhkəmləndiyi halda, “Zirə” 4-cü pillədə rəqiblərin nəfəsini hiss edir. Bu mənada, Ayxan Abbasovun komandasına qələbə daha çox lazımdı. Maraqlıdı ki, bu komandaların cari mövsümdə keçirdiyi hər 3 qarşılaşmada heç-heçə qeydə alınıb. Özü də bütün görüşlər 1:1 hesabı ilə nəticələnib. Bu dəfə də eyni ssenarinin davam edib-etməyəcəyi maraq doğurur.

 

Sonuncu pillədəki mövqeyi rəsmiləşən AZAL isə “Sumqayıt”ı qəbul edəcək. “Təyyarəçilər”dən fərqli olaraq, “gənclik şəhəri” təmsilçisi Avropa Liqasına vəsiqə qazanmağa iddialıdı. Təsadüfi deyil ki, “Sumqayıt” 4-cü pillədə qərarlaşan “Zirə”dən cəmi 3 xal geri qalır. Bu mənada, Samir Abasovun yetirmələrini yalnız qələbə qane edəcək.

 

Qeyd edək ki, dünən keçrilən "Qarabağ" - "Qəbələ" oyunu 0:0 hesabı ilə yekunlaşıb, "Kəpəz" evdə "Neftçi"ni məğlub edib.


Premyer Liqa

2016/17 mövsümü

IV dövrə, XXV tur


10 aprel

15.00 Zirə - İnter

Hakimlər: Ramil Diniyev, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov.

AFFA nümayəndəsi: Ramiz Abdullayev.

Hakim-inspektor: Şahin Cəfərov.

Zirə İdman Kompleksinin stadionu.


17.30 AZAL - Sumqayıt

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüqar Bayramov, Əliyar Ağayev.

AFFA nümayəndəsi: Rauf Əmirov.

Hakim-inspektor: Füzuli Nəcəfov.

“AZAL Arena”.


1. Qarabağ 25 16 5 4 39-12 53

2. Qəbələ 25 13 9 3 43-14 49

3. İnter 24 11 9 4 35-24 42

4. Zirə 24 8 7 9 21-24 31

5. Sumqayıt 24 7 7 10 22-30 28

6. Kəpəz 25 6 9 10 19-26 27

7. Neftçi 25 8 2 15 19-40 26

8. AZAL 24 1 7 16 11-39 10


Bombardir: Filip Ozobiç (“Qəbələ”) - 11.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-nter-ziry-sumqayt-azal-a-qar-t57473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR