Qarabağda yaxınlaşan MÜHARİBƏ: ölkədən qaçan ermənilər və Sarkisyanın yeganə ÇIXIŞ YOLU

Qarabağda yaxınlaşan MÜHARİBƏ: ölkədən qaçan ermənilər və Sarkisyanın yeganə ÇIXIŞ YOLU
14:23 10 Aprel 2017
108 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda parlament seçkiləri başa çatdı və bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların dalandan çıxıb-çıxmayacağı maraqlıdır. Xüsusilə İrəvan danışıqlar masasına gətiriləcəkmi, yoxsa, əvvəlki kimi qeyri-konstruktiv yanaşma davam edəcək?!

Publika.az
xəbər verir ki, Ermənistanın Mərkəzi Seçki Komissiyası seçkiyə tam olaraq yekun vurub və protokolu imzalayıb. Partiya və siyasi blokların əldə etdiyi mandatlar məlum olub. Levon Ter-Petrosyanın lideri olduğu “Erməni milli konqresi”nin seçkilərin etibarsız elan edilməsi ilə bağlı tələbi komissiya tərəfindən rədd edilib.

Serj Sarkisyanın rəhbəri olduğu Respublika Partiyası 58 mandat əldə edib. Hansı ki, hökuməti təkbaşına formalaşdırmaq üçün 54 mandat yetərli idi. Deməli, Ermənistanda hakim partiya koalisiya olmadan da, hökuməti qura biləcək.


Ekspertlər seçkidən sonra Ermənistanın Qarabağ danışıqlarına yanaşmasının necə olacağı haqda iki fərqli fikir səsləndirirlər.

Birinci yanaşmaya görə, Sarkisyan hakimiyyətini gücləndirdi və bundan sonra danışıqlardan qaçacaq, həmçinin, Azərbaycana qarşı təcavüzkar ritorikanı gücləndirəcək.

İkinci yanaşmaya görə, seçki başa çatandan sonra Sarkisyan Minsk qrupu tərəfindən danışıqlar masasına əyləşməyə məcbur ediləcək.



Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Vladimir Suxov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ölkələri və beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün aktiv səylər göstərir: “Bu istiqamətdə iş bütün səviyyələrdə davam edir. Hesab olunur ki, tərəflər danışıqlar masasına qayıdacaq və dialoqu yeniləyəcəklər. Lakin Ermənistanda seçkinin nəticələri ilk baxışda göstərir ki, İrəvanın indiki siyasi kursuna alternativlər yoxdur və Ermənistan Qarabağ münaqişəsində danışıqlar masasına gəlməyəcək. Laki bu, yanlış təsəvvürdür. Çünki qeyri-konstruktiv yolu davam etdirmək münaqişənin gec-tez böyük müharibəyə çevrilməsinə gətirib çıxaracaq. Buna görə də prezident Sarkisyanın öz xalqına başqa seçim təklif etməyinin vaxtı gəldi. Bu, Qarabağ münaqişəsinin nizama salınmasında mühüm addımlara getməkdir. Gecikmək, Ermənistan üçün ölümü yaxınlaşdırır”.

Bu arada, seçkidən sonra da Ermənistanda emiqrasiya təhlükəsi davam edir. Ermənistanın Milli Statistika Xidmətinin məlumatına görə, 2016-cı ildə Ermənistanı 54 min 31 insan tərk edib və geri qayıtmayıb. 2015-ci ildə bu, 47 min 676, 2014-cü ildə isə 47 min 74 idi.


Erməni siyasi şərhçi Aram Amatuni deyir ki, emiqrasiya Ermənistanın milli təhlükəsizliyi üçün böyük təhlükədir: “Rəsmi rəqəmlər real göstəricinin müəyyən bir hissəsidir. Reallıqda emiqrasiya daha böyükdür və hazırda da davam edir”.

Ekspert ermənilərin ölkəni tərk etməsinin bir sıra səbəblərinin olduğunu qeyd edib.

“Bura iqtisadi problemlər, üzləşdikləri özbaşınalıq, həmçinin, müharibə qorxusu kimi amillər daxildir. Lakin ermənilərin kütləvi şəkildə köçünə baxmayaraq, seçkilər vaxtı Mərkəzi Seçki Komissiyası seçicilərin sayını şişirdir”, - deyə ekspert vurğulayıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/194482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR