Ruhani: "ABŞ-ın Suriyaya raket zərbəsi danışıqlar prosesinə zərər verdi"

Ruhani: "ABŞ-ın Suriyaya raket zərbəsi danışıqlar prosesinə zərər verdi"
14:27 10 Aprel 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Suriyada bazaya raket zərbəsi endirməsi danışıqlar prosesinə zərər verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.

H.Ruhani qeyd edib ki, Suriyada böhran yalnız siyasi yolla həll oluna bilər:

"Suriya ilə bağlı yekun qərar siyasi yolla mümkündür. Biz hesab edirik ki, danışıqlar yaxşıya doğru irəliləməlidir ki, Suriya böhranının yekun həllinə yaxınlaşa bilək. Lakin ABŞ-ın hərəkəti danışıqlar prosesinə zərər verdi".

ABŞ prezidenti Donald Trampın Suriyaya zərbə endirmək barədə qərarını da pisləyən İranın dövlət başçısı bildirib ki, təkrar bombardman regionda vəziyyəti daha da çətinləşdirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR