Yol polisi 5,5 MİLYON MANATlıq cərimə yazıb - Azərbaycanda

Yol polisi 5,5 MİLYON MANATlıq cərimə yazıb - Azərbaycanda
14:37 10 Aprel 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi üzrə ödənilmiş cərimələr 2014-cü ildə 67 mln. 987 min 372 manat, 2015-ci ildə 73 mln. 452 min 509 manat təşkil edib ki, bu da ümumilikdə ölkə üzrə büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının müvafiq olaraq 32,8%-nə bərabərdir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında deyilir.
 
Sənəddə qeyd edilib ki, 2015-ci ildə ödənilmiş cərimələrin məbləği 2014-cü il ilə müqayisədə 5 mln. 465 min 137 manat və ya 0,8% artıb. Ödənilən vəsaitlərin 2014-cü ildə 14,5%-i və ya 987 min 782 manatı, 2015-ci ildə isə 19,5%-i və ya 14 mln. 301 min 254 manatı əvvəlki illərdə qəbul edilmiş qərarlar üzrə ödənilmiş cərimələrdən ibarət olub. 2015-ci ildə əvvəlki illərdə qəbul edilmiş qərarlar üzrə ödənilən cərimə məbləğləri 2014-cü ilin müvafiq göstəricisindən 4 mln. 423 min 434 manat və ya 44% çox olub.
 
Baş Dövlət Yol Polisi İdarəsi nəzdində ümumi sahəsi 52 min 363 kvadratmetr olan 17 duracaq, o cümlədən Bakı şəhərində 13, Abşeron rayonunda 2, Sumqayıt və Gəncə şəhərlərinin hər birində 1 duracaq fəaliyyət göstərib. Nəqliyyat vasitələrini duracaqlarda saxlanılmasına görə daxilolmalar 2014-cü ildə 67 min 995 manat, 2015-ci ildə 84 min 229,5 manat təşkil etməklə 16 min 234,5 manat və ya 23,9% artıb.
 
Nəqliyyat vasitələrinin təxliyə avtomobilləri (evakuator) vasitəsilə duracaqlara gətirilməsindən daxilolan vəsait isə 2014-cü ildə 47 min 900 manat, 2015-ci ildə 42 min 080 manat təşkil etməklə 5 min 820 manat və ya 12,2% azalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR