Azərbaycan cüdoçuları Avropa kubokunda 1-ci oldular

Azərbaycan cüdoçuları Avropa kubokunda 1-ci oldular
14:39 10 Aprel 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

Çex Respublikasında yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub. Yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 2 medal yazdırıb.
 
 
Lent.az-ın xəbərinə görə, ölkəmizi +90 kq çəki dərəcəsində təmsil edən Məhəmməd Abdullayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 90kq çəki dərəcəsində mübarizə aparan Cəfər Əkbərli isə mötəbər turnirin bürünc medalına sahib olub.
 
Bununla da, ümumilikdə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq yarışın yekun nəticələrinə görə millimiz Avropa kubokunu komanda hesabında birinci yerdə başa vurub.
 
Qeyd edək ki, 31 ölkədən 678 idmançının (422 oğlan, 256 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan milli komandası 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunurdu.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271803

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR