Referendumla bağlı Türkiyəyə gedəcək Azərbaycan nümayəndə heyətinin TƏRKİBİ

Referendumla bağlı Türkiyəyə gedəcək Azərbaycan nümayəndə heyətinin TƏRKİBİ
14:52 10 Aprel 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 16-da Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı keçiriləcək referendumda iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi müəyyən olunub.

Milli.Az xəbər verir ki, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Trend-ə bildirib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və Milli Məclisin deputatı, işçi qrupunun üzvü Ağalar Vəliyev daxildir.

A.Təvəkküloğlu qeyd edib ki, bu məqsədlə nümayəndə heyəti aprelin 13-dən 17-nə qədər Ankarada səfərdə olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/533693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR