Suriyanın vurulmasını Trampdan qızı istəyib - ŞOK İDDİA

Suriyanın vurulmasını Trampdan qızı istəyib - ŞOK İDDİA
15:03 10 Aprel 2017
109 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp Suriya hökumət qüvvələrinə aid hərbi hava bazasına raket zərbələrinin endirilməsi barədə atasının qərarına əhəmiyyətli təsir göstərib.

Publika.az xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən “The Independent” nəşri məlumat yayıb.

Mənbələrə əsasən, İvanka Tramp Suriyanın İdlib vilayətində kimyəvi silah hücumu edilən yerdən çəkilən şəkillərdən həqiqətən də silkələnib. Onun mövqeyi Oval kabinetin qərarına əhəmiyyətli təsir göstərib.

Aviabazanın vurulmasından sonra isə Trampın qızı tvitter səhifəsində yazıb ki, atasının qərarı ilə fəxr edir. İvanka Tramp hazırda prezidentin xüsusi məsləhətçisi vəzifəsini tutur və Ağ Evdə ictimai əsaslarla işləyir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR