Kavani "Real"ın təklifini cavablandırdı

Kavani "Real"ın təklifini cavablandırdı
15:12 10 Aprel 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin hücumçusu Edinson Kavaninin karyerasını hansı klubda davam etdirəcəyinə aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, uruqvaylı forvardın qərarı Madrid "Real"ını məyus edib.

Belə ki, "kral klubu"nun yayda heyətinə cəlb etməyi planlaşdırdığı Kavani PSJ-də qalacağını bəyan edib. Bu mövsüm Fransa çempionatında 29 oyunda 29 qola imza atan oyunçunun çıxışı klubun sahibi Nasser əl-Xelaifinin ürəyincədi. Məhz onun göstərişindən sonra Kavani ilə danışıq aparılıb və müqavilə müddətinin 2020-ci ilə qədər uzadılması qərara alınıb.
 
Qeyd edək ki, Edinson Kavani PSJ-yə 2013-cü ildə 55 milyon avro müqabilində "Napoli"dən keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR