Azərbaycan - Macarıstan oyununu kim idarə edəcək?

Azərbaycan - Macarıstan oyununu kim idarə edəcək?
15:17 10 Aprel 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə "AVRO-2018"in əsas seçmə mərhələsində keçiriləcək Azərbaycan - Macarıstan oyununa hakim təyinatları açıqlanıb.


Fanat.Az xəbər verir ki, millimizin görüşünü Finlandiya və Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Timo Onatsu (Finlandiya) matçın 1-ci, Borislav Kolev isə (Bolqarıstan) 2-ci hakim kimi meydana çıxacaq.


Onatsu ardıcıl 3-cü dəfə millimizin oyununa təyinat alıb. O, I turun Azərbaycan -  Bosniya və Herseqovina matçının (5:4), II turun Azərbaycan - Albaniya qarşılaşmasının (5:0) ikinci referisi funksiyasını yerinə yetirib.


Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu aprelin 11-i keçiriləcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-macarstan-oyununu-kim-idar-edck-t57477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR