İslamiadaya görə Bakı məktəbləri bağlanır? - AÇIQLAMA

İslamiadaya görə Bakı məktəbləri bağlanır? -   AÇIQLAMA
15:17 10 Aprel 2017
159 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda  IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə sayılı günlər qalıb.


İslam Oyunları ərəfəsində də əsas küçələrdə yerləşən məktəblərin fəaliyyətini dayandırması gözlənilirmi? Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehoğlu cebhe.info-ya açıqlamasında bu haqda danışıb. 


O qeyd edib ki, bu qərarı yalnız nazirlik qəbul edəcəyi qərar deyil: “Bakı Şəhər İcra Hakimiyyəti, həmçinin bu oyunların təşkilatçı qurumları ilə birgə nazirlik arasında məktəblərin bağlanması müzakirə edilir. Hələlik ki, bu məsələ diqqət mərkəzində, müzakirə mərhələsindədir. Ola bilsin ki, gələn həftənin əvvəlində mediaya bu haqda məlumat verək”. 


Qeyd edək ki, İslam Oyunları 12-22 may tarixlərində keçiriləcək. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-slamiadaya-gor-bak-mktblri-balanr-t57476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR