Azərbaycanda qeyri-adi traktor - VİDEO

Azərbaycanda qeyri-adi traktor - VİDEO
15:37 7 Yanvar 2015
304 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu qeyri-adi texnikanı Cəlilabadın Uzuntəpə kənd sakini Təvəkkül Nəsirov nə az, nə çox düz 10-a yaxın avtomobilin ehtiyat hissələrindən hazırlayıb
Milli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, ixtisasca mühəndis olan Təvəkkül Nəsirov bu işə hələ 18 il əvvəl başlayıb. O dövrdə torpaq islahatından sonra yaranmış texnika çatışmazlığı onu yeni traktor düzəltməyə vadar edib.

Mühəndis traktorun ilkin variantının hazırlanmasında "VAZ-2106" markalı mink avtomobilinin mühərrikindən və köhnə yük avtomobili olan "Qaz-53" markalı avtomobilin sürət qutusundan istifadə edib. Lakin sonradan traktorun gücünü artırmaq məqsədi Sovet istehsalı olan hərbi avtomobillərin ehtiyat hissələrini də əlavə edb.
 
Minik və yük avtomobillərinin ehtiyat hissələrindən ərsəyə gələn traktorun kiçik olması bu texnikanı həyətyanı sahələrdə rahat istifadə etməyə imkan verir.
Qeyri-adi traktor qoşqusu ilə birlikdə 6 ton yükgötürmə qabiliyyətinə malikdir. Əgər sifariş olarsa, bu traktorun eynisindən hazırlamaq Təvəkkül Nəsirov üçün heç də çətin deyil. Bunu da onun özü deyir.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.
 
фото

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR