Bakıda güləş üzrə beynəlxalq turnir keçiriləcək

Bakıda güləş üzrə beynəlxalq turnir keçiriləcək
15:37 10 Aprel 2017
127 İdman
Ölkə mətbuatı
A- A+

Aprelin 13-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, dörd gün davam edəcək turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxstan və Belarus pəhləvanları da mübarizə aparacaq.

Proqramına əsasən, ilk yarış günündə yunan-Roma güləşi üzrə yeniyetmələr, aprelin 14-də yunan-Roma güləşi üzrə gənclər, aprelin 15-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 16-da isə sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.

Rəsmi açılış mərasimi aprelin 13-də saat 17.00-da baş tutacaq.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR