Moskva Qərbin Əsədlə bağlı tələbinə CAVAB VERDİ

Moskva Qərbin Əsədlə bağlı tələbinə CAVAB VERDİ
15:38 10 Aprel 2017
115 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva ABŞ-la Suriya üzrə genişmiqyaslı saziş üçün Bəşər Əsədə dəstəyindən imtina variantına baxmır.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinə yaxın mənbə deyib.

“Bu, köhnə danışıqlardır. Düşünürəm ki, belə varianta baxılmır”, - agentliyin həmsöhbəti bildirib.

Məsələyə Kremldən də münasibət bildirilib. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Suriya böhranının həllinin Bəşər Əsədin gedişi olmadan mümkünsüzlüyünü irəli sürən Qərb partnyorlarının yanaşması perspektivsizdir.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi general Herbert Makmaster Moskvanın Dəməşqə dəstəyindən imtinanı ABŞ və Rusiya arasında Suriya üzrə genişmiqyaslı sazişin bir hissəsi adlandırıb. Makmaster qeyd edib ki, Moskva Əsədin dəstəklənməsinin lazım olub-olmadığını düşünməlidir.

“Hesab edirik ki, Rusiya öz qarşısına sual qoymalıdır: Biz niyə öz vətəndaşlarının kütləvi qətliamını təşkil edən bu amansız rejimi dəstəkləyirik?”, - o, “Fox News” telekanalına müsahibəsində deyib.

Xatırladaq ki, aprelində 4-də İdlib vilayətinin Xan Şeyhun bölgəsində kimyəvi silah hücumu həyata keçirilib. Nəticədə 100-dən çox dinc sakin ölüb, 500-dən çoxu yaralanıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR