Xəyanətin cinsi olmaz...

Xəyanət həm qadınlar, həm də kişilər üçün bağışlanmazdır. Bəs, xəyanəti yaradan səbəblər nədir? İnsanlar niyə xəyanət edirlər?

Metbuat.az xəbər verir ki, amerikalı psixoloq M.Qrey Neuman “kişilər niyə xəyanət edir” mövzusunda 200 kişi üzərində araşdırma aparıb. Tədqiqatda iştirak edən kişilərin ortaq cəhətləri isə evli olmaları və hamısının həyat yoldaşlarına xəyanət etmələri olub. Araşdırmanın sonunda kişilərin xəyanət etmə səbəbləri kimi 48%-i psixoloji cəhətdən yoldaşı tərəfindən başa düşülməməsini səbəb göstərib. Tədqiqatlar sübut edir ki, xəyanət edənlərin 68%-i nə vaxtsa həyat yoldaşına xəyanət edəcəyini ağlına da gətirməyib. Həmçinin araşdırmalar göstərir ki, əksər hallarda xəyanət edən kişi xəyanət edərkən və ondan sonrakı dövrlərdə daim peşmançılıq duyğusu ilə yaşayır.

Sosioloqların sorğusuna əsasən, kişilərin yarısı həyat yoldaşlarına xəyanət edir. Təhlilçilər kişi xəyanətinin səbəblərini bu cür də təsnifatlaşdırırlar: “Sevgilinizlə münasibətlərdə inam yarada bilmirsiniz. Ola bilsin ki, siz çox qısqancsınız və emosiyalarınızla bacarmırsınız. Əgər onun işdən gec gəlməsi, telefonla çox danışması və ya hər hansı ötən qıza baxmasına görə daim söz-söhbət və dava yaradırsınızsa, bu, o deməkdir ki, gec və ya tez onu itirəcəksiniz. Heç də bütün kişilər kənarda seks axtarmır. Bəzi kişilər sevgilisi ilə tam fərqli xəyallar qurur. Ola bilsin ki, həyat yoldaşınız ailədə özünə lazım və vacib olan emosiyaları ala bilmir".

Məsələ ilə bağlı psixoloq Elnur Rüstəmov Metbuat.az-a açıqlamasında bunları deyib: “Xəyanət cins məsələsi deyil. "Kişilər xəyanət edir" söhbəti düzgün deyil, burada bir nüansı unutmayaq. Xəyanəti kimlə edir? Xəyanətin müxtəlif səbəbləri var. Burada psixoloji və pataloji nüanslara diqqət etmək lazımdır. Yaxınını itirmək, iş həyatındakı uğursuzluqlar, psixoloji boşluq insanları xəyanətə sürükləyə bilər. Ancaq bu vəziyyətdə olan insanlar ailəsinə sığınmalıdır. Xəyanət çıxış yolu deyil. Xəyanətin patoloji tərəfləri də var. Belə insanlar xəyanət etməyə maraqlıdır. Bu artıq psixoloji pozuntudur. Psixoloq dəstəyi vacibdir”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR