Ruhani: "Səudiyyə Ərəbistanı Yəmən və Suriyaya müdaxilədən əl çəkməlidir"

Ruhani: "Səudiyyə Ərəbistanı Yəmən və Suriyaya müdaxilədən əl çəkməlidir"
15:52 10 Aprel 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

İran prezidenti Həsən Ruhani Tehranda mətbuat konfransı keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, H.Ruhani ölkədə iş şəraitinin, aztəminatlı ailələrin vəziyyətinin və səhiyyə xidmətlərinin yaxşılaşdığını deyib. O bildirib ki, ötən 4 il ərzində aztəminatlı ailələrin gəliri 2-3 dəfə artıb.
 
H.Ruhani qarşıdan iki böyük seçkilərin gəldiyini xatırladıb: "Seçkilər bizlərin bir-birimizə yaxınlaşmağımız üçündür. Partiyaların bir-birinə yaxınlaşması, cinahlar və cəbhələrin bir-birinə yaxınlaşması üçündür. Xalqa dəqiq söz deməliyik. Yalan deyilməməlidir. Xalqa yalan statistika deyilməməlidir. Xüsusilə xalqın ümidsizliyi və təəssüf hissini oyadacaq yalanlardan çəkinilməlidir".
 
H.Ruhani prezident seçkilərində iştirakı haqda qəti söz deməyib: "Bu sualın cavabı üçün bir neçə gün səbr etməlisiniz. Sabahdan namizədlərin qeydiyyatı başlayacaq. Beş gün ərzində namizədlər qeydiyyatdan keçəcək. Beş gün səbr etsəniz, biləcəksiniz ki, kimlər öz namizədliyini irəli sürüb. Mənim ürəyim istəyir ki, seçkilər həyəcanlı və xalqın mütləq əksəriyyətinin iştirakı ilə keçirilsin. Məsuliyyəti qəbul etmək üçün hər kim gələcəksə, ona uğurlar diləyirik".
 
Beynəlxalq məsələlərə toxunan H.Ruhani İranın nüvə anlaşmasına sadiq olduğunu söyləyib: "Bu gün nüvə sahəsində digər ölkələrlə yaxşı əməkdaşlığımız var. Dünya ilə əməkdaşlıq edirik və bu, bizim üçün dəyərlidir. Qarşı tərəf nüvə anlaşmasını pozmaq istəsə, peşman olacaq".
 
Prezident İranın qonşu ölkələrlə diplomatik əlaqələrinin yaxşı səviyyədə olduğunu vurğulayıb: "Çalışmışıq ki, qonşu ölkələrlə əlaqələrimizi daha da yaxşılaşdıraq".  
 
Səudiyyə Ərəbistanı ilə münasibətlərə dair mövqeyini açıqlayan İran dövlət başçısı qeyd edib ki, bu ölkənin İranla davranışı yanlış olub: "Biz  düşünürük ki, bu səhv davranışın kökündə Yəməndə və Suriyada uğradığı məğlubiyyətlər dayanır. Ümid edirik ki, cari ildə zəvvarlarımızın Allah evinin ziyarətinə getməsi ilə bağlı məsələlər yaxşılaşacaq. Səudiyyə Ərəbistanı Yəmənə və Suriyaya müdaxilə etməkdən əl çəkməlidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR