XİN və Azərbaycan səfirliklərində ciddi korrupsiya faktları aşkarlandı - CƏZALANDIRILANLAR VAR

XİN və Azərbaycan səfirliklərində ciddi korrupsiya faktları aşkarlandı - CƏZALANDIRILANLAR VAR
16:03 10 Aprel 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Hesablama Palatası Xarici İşlər Nazirliyinin fəaliyyətində ciddi maliyyə pozuntusu və nöqsanlar aşkarlayıb.

Publika.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti barədə açıqladığı illik hesabatda deyilir.

Sənəddə qeyd olunur ki, hesabat ilində aparılmış auditin nəticəsinə görə, Azərbaycanın Xarici İşlər Nazirliyində 21 fakt üzrə nöqsan aşkarlanıb. Bunlardan 6-sı (43,0 faiz) büdcə qanunvericiliyinin tələbləri ilə bağlı nöqsan, 8-i (16,2 faiz) dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələbləri barədə nöqsanlar, 2-si (31,4 faiz) büdcə gəlirlərinin hesablanması, yığılması və ödənilməsi üzrə qanunvericiliyin tələbləri ilə bağlı nöqsanlar, 5-i (9,4 faiz) mühasibat uçotu və hesabatlılıq ilə bağlı qanunvericiliyin tələbləri ilə bağlı nöqsanlardır.

Eyni hallar üzrə eyni zamanda Azərbaycanın Misir, Qırğızıstan, Ukrayna, Tacikistan və İtaliya respublikalarında da maliyyə nöqsanları aşkarlanaraq korrupsiya halı qeydə alınıb. Palata tərəfindən görülən tədbirlər nəticəsində Xarici İşlər Nazirliyində qeyd olunan nöqsanlarla bağlı maliyyə pozuntusundan 44 207,3 manat bərpa edilib, cəzalandırılanlar var.

Qeyd edək ki, sözügedən hesabat Milli Məclisə təqdim olunub və aprelin 14-də keçiriləcək iclasda müzakirəyə çıxarılacaq.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR