Boris Conson: “ABŞ Suriyanı yenidən vura bilər”

Boris Conson: “ABŞ Suriyanı yenidən vura bilər”
16:13 10 Aprel 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ Suriyanı yenidən vura bilər”.

Publika.az İngiltərənin “The Sun” qəzetinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Boris Conson bildirib.

İngiltərəli nazir deyib ki, artıq ABŞ prezidenti Donald Tramp Suriyanı vurmaqla bağlı Qərbin legitimliyini qazanıb:

“İndi ABŞ yenidən Suriyanı istədiyi zaman vura bilər. Son bir ayda Donald Tramp güclü iradəli qərarlar qəbul etdiyini dünyaya nümayiş etdirir. Şübhəsiz ki, ABŞ-ın son hərbi cəhdləri Suriyada oyunların dəyişdirilməsinə hesablanıb”.

Boris Conson ABŞ-ın Suriyanı vurmasından sonra Moskvaya nəzərdə tutulan səfərini də təxirə saldığını söyləyib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR