Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutuldu

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutuldu
16:27 10 Aprel 2017
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Ufada polis əməkdaşları beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, 23 yaşlı azərbaycanlı insan sağlamlığına qəsdən ağır xəsarət yetirmək maddəsi üzrə 2016-cı ilin avqust ayından İnterpol tərəfindən axtarışda olub.

Saxlanılan şəxs 2015-ci ilin sentyabr ayında cinayəti törətdikdən sonra Azərbaycanı tərk edib və Ufaya gedib. O, noyabr ayından 2016-cı ilin yanvar ayına qədər miqrasiya qeydiyyatına alınıb. Beynəlxalq axtarışa verildikdən sonra o, qeydiyyat müddətini artırmayıb və haqq-ədalətdən qaçmağa başlayıb.

Hazırda saxlanılan şəxsin Azərbaycana ekstradisiyası proseduru aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/533754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR