ABŞ-Rusiya müharibəsinin YENİ MEYDANI: Kıpti kilsəsi üzərindən Putinə mesaj

ABŞ-Rusiya müharibəsinin YENİ MEYDANI: Kıpti kilsəsi üzərindən Putinə mesaj
16:33 10 Aprel 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Misirin Tanta və İsgəndəriyyə şəhərlərində terrorçuların kilsələrə hücumu qətliamla nəticələndi. Partlayışlar nəticəsində 44 nəfər həlak oldu, 100-dən çox insan yaralandı. Hücumu İŞİD terror təşkilatı üzərinə götürdü.

Publika.az
xəbər verir ki, türkiyəli yazar Taha Dağlı Misirdə kilsələrin niyə hədəf seçilməsini şərh edib.

***

17 martda “Röyters” agentliyi “Rusiyanın ABŞ-ı narahat edən gizli planı” başlıqlı xəbər yaydı. Xəbərdə rusların Misir-Liviya sərhədinə əsgər topladığından bəhs olunurdu. Agentlik bunu Misirin hərbi mənbələrinə istinadən yazmışdı.
Plana görə, Rusiya Liviyada təsir imkanlarını artırmaq üçün Misirlə sərhədə əsgər yığıb. Hədəfdə Misirdə hərbi baza yaratmaq və Liviyada Qəddafi dövründəki təsir gücünü qaytarmaqdır.

Rusiyanın Misir və Liviyadakı hərbi təsir həmlələri 2013-cü ilin 3 iyul tarixində Misirdəki hərbi çevrilişdən sonra alt-üst oldu. 2014-cü ildə Putin-Sisi görüşməsindən sonra Rusiyanın Suriyada olduğu kimi, Misirdə də hərbi baza yaratmaq niyyəti daha aydın şəkildə ortaya çıxdı.

“Xaçlı hücumu”

Rusiya 2011-ci ildə “ərəb baharı” çərçivəsində NATO-nun Liviyaya hücumunu sərt tənqid etmişdi. Həmin vaxt Rusiya prezidenti olan Dmitri Medvedev NATO hücumunu “xaçlı hücumu” adlandırmışdı.

Liviya Qəddafi dövründə rusların Aralıq dənizinə əsas çıxışlarından biri idi. 2011-ci ildən sonra bu çıxış məhv oldu, lakin Moskvanın Liviyadakı hədəflərini həyata keçirmək planları hələ də mövcuddur. Qəddafinin dövründə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) işləyən Xəlifə Haftar inqilabdan sonra Liviyaya qayıdaraq, çevrilişə cəhd etdi. Bu gün ölkənin bir hissəsi Haftarın əlindədir. Rusiya da hazırda vaxtilə CİA-nın adamı olmuş Haftarla əməkdaşlıq edərək, əvvəlki gücünü qaytarmağı planlaşdırır.

Kıpti kilsəsinin sirri

Rusiyanın Misir və Liviya üzərində təsir dairəsini gücləndirmək istəyi Qərbi narahat edir. Misirdəki terror aktını İŞİD törətdi, lakin Qərb bununla Rusiyaya mesaj verir. Bu ehtimalı gücləndirən səbəblərdən biri hədəf alınan kilsələrin kıpti kilsələri olmasıdır. Kıpti kilsəsi Misirin ən böyük xristian kilsəsidir. Bu kilsə Rusiya Ortodoks kilsəsi ilə çox yaxın əlaqələrə malikdir. Yəni Rusiyanın Misir-Liviya planına qarşı, ona yaxın olan kilsələr üzərindən mesaj verilir.

Gözləntilərə görə, Suriyadan sonra Misirdə də ABŞ-Rusiya qarşıdurması daha da genişlənəcək.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR