Suriyada uşaqları zəhərləyən cəllad tapıldı - FOTO

Suriyada uşaqları zəhərləyən cəllad tapıldı - FOTO
16:42 10 Aprel 2017
133 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın İdlib vilayətindəki Xan Şeyhun şəhərinə kimyəvi-zəhərləyici qaz olan "zarin"li bombalar atan təyyarənin pilotunun kimliyi bilinib.

87 dinc sakinin, o cümlədən onlarla uşağın əzabla ölmələrinə səbəb olmuş bu bombardmanı Suriya Hərbi-Hava Qüvvələrinin generalı Məhəmməd Haytam Həsuri gerçəkləşdirib.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, general M.Həsuri Suriya prezidenti Bəşər Əsədin ordusunda eskadra komandiridir.

Suriya parlamentinin Hələb şəhərindən olan deputatı, rəsmi Dəməşqin funksionerlərindən biri Farez Şəhabi Twitter-dəki profilində general Həsurinin fotosunu dərc edib. Fotoda Suriya silahlı qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Əli Abdulla Əyyub onun əlini sıxır.

Foto bu sözlərlə müşayiət olunub: "General Həsuriyə "Əl Qaida"nın İdlib vilayətindəki Xan Şeyhun şəhərindəki anbarlarını uğurla vurduğuna görə minnətdarlıq edilir".

Suriyanın hakimiyyət dairələri bildirirlər ki, onlar Xan Şeyhunda "terrorçuların kimyəvi-zəhərləyici maddəli sursatları saxladıqları anbarları" vurublar.

General Həsuri Xan Şeyhundan 22 km aralıdakı Latamin kəndinə də martın 30-da "zarin"li bombalar atmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR