Trampı Suriyaya hücuma sövq edən şəxs Ərdoğanla GÖRÜŞDÜ - FOTO

Trampı Suriyaya hücuma sövq edən şəxs Ərdoğanla GÖRÜŞDÜ - FOTO
16:43 10 Aprel 2017
117 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada Əsəd ordusunun İdlibin Xan-Şeyhun bölgəsinə kimyəvi silahla hücumu nəticəsində həyat yoldaşı və 9 aylıq əkiz körpələri də daxil olmaqla 16 yaxınını itirən Əbdülhəmid Əl-Yusif Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb.

Publika.az
xəbər verir ki, Ə.Yusif hücumdan sonra Türkiyəyə gəlib və Ərdoğanın Hatayda keçirdiyi mitinq zamanı onunla görüşüb.

O, Əsəd rejiminin kimyəvi silah hücumu edəcəyini gözləmədiklərini bildirib: “Çox dəhşətli hücum idi və böyük bir faciə yaşandı. Kimyəvi silahdan istifadə edəcəyini və xalqına öldürücü zərbə vuracağını düşünməzdik”.

Ə.Yusif əkiz övladlarının cəsədləri qucağında çəkilən fotosu haqda danışarkən, “hər baxdığımda daxilimdə nəsə qırılır” deyə bildirib.

“Mən onlara çox bağlı idim, yaşayanda da həmişə qucağımda olardılar. ABŞ-ın hücumunu da təqdir edirik. Məqsədimiz rejimə aid hərbi bazaların məhv edilməsidir. Rejimin xalqa qarşı kimyəvi silahla hücumlar etməsini istəmirik”, - deyə o bildirib.

Qeyd edək ki, aprelin 7-də ABŞ prezidenti Donald Tramp İdlibə edilən kimyəvi silah hücumundan danışarkən, ölmüş körpələrini qucaqlayan atanın fotosunun onu çox kədərləndirdiyini açıqlayıb. O, bu fotolardan sonra Suriya rejiminə aid hərbi bazanı vurmaq əmri verdiyini qeyd edib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR