Bakıda liftdə baş vermiş dəhşətli hadisənin TƏFƏRRÜATI

Bakıda liftdə baş vermiş dəhşətli hadisənin TƏFƏRRÜATI
17:22 10 Aprel 2017
176 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 8-də Bakı şəhərinin Xətai rayonunda gənc oğlanın liftin şaxtasına yıxılaraq ölüməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.
 
Milli.Az lent.az-a istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı məlum olub ki, 28 yaşlı Nurlan Həsənov binanın 11-ci mərtəbəsindən şaxtaya yıxılıb. Belə ki, axşam saatlarında aşağı düşmək üçün liftin düyməsinə sıxan N.Həsənov qapının açıldığını, lakin liftin hələ gəlmədiyini görüb. O, başını lift şaxtasına doğru əyib və liftin harada olmasını müəyyənləşdirməyə çalışıb. Bu zaman yuxarı mərtəbədə olan lift aşağı enərək onun başına çırpılıb. Zərbənin təsirindən N.Həsənov şaxtaya yıxılıb və hadisə yerindəcə keçinib.
 
Araşdırmalar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533791.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR