"Reket mətbuat"ın maliyyə mənbələri araşdırılacaq

"Reket mətbuat"ın maliyyə mənbələri araşdırılacaq
17:37 10 Aprel 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlamasında deyib ki, Mətbuat Şurasının "Reket" jurnalistikaya qarşı mübarizə komissiyası fəaliyyətini daha da genişləndirir.

"Bununla bağlı "Reket" jurnalistikaya qarşı mübarizə komissiyasının üzvlərinin artırılması nəzərdə tutulur. Bu komissiyaya media sahəsində nüfuzu olan KİV rəhbərlərini, jurnalistləri dəvət edəcəyik.
Onların hesabına siyahını genişləndirəcəyik. Eyni zamanda, bir sıra hüquq-mühafizə orqanlarına bu komissiyada iştirak üçün dəvət göndərmişik. Bu hüquq-mühafizə orqanları - Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidir. Bu orqanlardan  komissiyanın üzvləri kimi nümayəndələr dəvət etmişik. Artıq danışıqlar gedir. Bununla daha geniş anlamda məsələlərin həllinə çalışacağıq".
 
Milli.Az modern.az-a istinadən xəbər verir ki, "reket mətbuat"la mübarizə üçün hüquq-mühafizə orqanları birgə fəaliyyət yaxın zamanlarda gerçəkləşəcək.
 
"Belə ki, həmin "media orqanları"nın haradan və necə maliyyələşdirilməsi ilə bağlı araşdırmalar aparılır. Yaxın vaxtlarda onları maliyyələşdirən şəxs və ya şəxslər barədə lazımı tədbirlər görüləcək.  Bildiyimiz kimi, Mətbuat Şurasının nəzdində  "Reket" jurnalistikaya qarşı mübarizə komissiyası fəaliyyət göstərir. Həmin komissiya belə şikayətlər olarkən onları araşdırıb və qərar verə bilmirdi. Amma indi bu komissiya hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət göstərəcək və lazımi qərarlar qəbul edə biləcək", - deyə Mətbuat Şurasından bildirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR