Bakıda yeni dələduzlar peyda olub - bir qəsəbəni soyub qaçdılar - FOTO

Bakıda yeni dələduzlar peyda olub - bir qəsəbəni soyub qaçdılar - FOTO
17:47 10 Aprel 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda din adından istifadə edərək, insanların inamını qazanan daha sonra isə onları soyan cinayətkarlar peyda olub.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə məşhur prodüser Tolik (Tarix Əliyev) şəxsi Instagram səhifəsində bildirib. O sözügedən şəxslərdən birinin fotosunu paylaşaraq, onları görənlərdən polisə müraciət etmələrini xahiş edib.
 
"Fotoda gördüyünüz insan Rzayev Mehman Mahir oğludur. O, həyat yoldaşı-başı bağlı, namaz qılan, Rzayeva Gülnar ilə birlikdə 2 ilə yaxın yaşadığı, gözətçi işlədiyi Corat bağını bütünlüklə soyub qaçıblar. Onlar namaz qılan, Allaha inanan olduqlarını, haram iş görmədiklərini deyərək bağ evlərinin sahiblərini aldadır, etimadını qazanırlar. Sonra isə bağı soyub qaçırlar. Ehtiyyatlı olun. Sizin olmasa da dostlarınızın, qonşularınızın başını yalanlarla aldadaraq evlərinizi soyub qaça bilərlər. Rzayeva Gülnarın hazırda Şirvan şəhərində yaşayan anası Kərbəlayeva Sevda tərəfindən gizlədildiyi məlumdur. Üzümü Şirvan əhlinə tuturam. Oğrunu polisə təhvil verin. Rzayev Mehman isə Bakı şəhərindədir", - deyə prodüser bildirib.
 
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. Bu şəxsi görənlərdən (055) 554-00-01 nömrəsi ilə əlaqə saxlamaları xahiş edilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR