Azərbaycan güclənib - "Bunu təsdiq edən çox şey var"

Azərbaycan güclənib - "Bunu təsdiq edən çox şey var"
17:57 10 Aprel 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

"2017-ci ilin birinci rübündə ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının proqram xarakterli çıxışına münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan qlobal böhran şəraitində stabil inkişafını qoruyub saxlayıb, neft gəlirlərindəki azalmalara baxmayaraq, şaxələndirilmiş iqtisadiyyatın digər istehsal sahələrində artım hesabına gəlirlərimizin həcmi artıb: "Neftin qiymətlərinin normal bazar tariflərindən aşağı olmasına baxmayaraq, birinci rübdə qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz artıb. Kənd təsərrüfatında 3,5 faiz artım olub. Ölkəmizin strateji valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində yüksəlib. Hazırda valyuta ehtiyatlarımız 38,5 milyard dollar təşkil edir. Bu, çox mühüm haldır və 2015-ci ildən sonra stratreji maliyyə rezervlərinin azalmasının tam dayandırılması və valyuta ehtiyatlarının artımının təmin olunmasıdır. Bu tendensiaya ölkəmizin güclü iqtisadi təhlükəsizlik yastığının olmasını göstərir və qlobal böhran şəraitində ən sabit və dayanıqlı maliyyə siyasəti yürütdüyünü təsdiqləyir".

A.Hüseynov qeyd edib ki, Azərbaycanın tədiyyə balansında stabillik formalaşıb, məqsədyönlü və səmərəli ixrac siyasətinin yürüdülməsi ticarət dövriyyəsində 1 milyard dollar səviyyəsində müsbət saldonun əldə olunmasına səbəb olub: "Azərbaycanın ixrac potensialı güclənib, ixrac 50 faiz artıb, ixracda qeyri-neft məhsullarının çəkisi əhəmiyyətli dərəcədə yüksəlib. Bu siyasətin mühüm nəticəsi olaraq idxal 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyin möhkəmləndirib. Maliyyə-valyuta bazarında sabitliyin güclənməsi isə milli valyutamızın məzənnəsinin stabilləşməsinə səbəb olur".

O, bildirib ki, Azərbaycanın iqtisadi-siyasi uğurlarını əsaslandıran əsas amillər möhkəm siyasi sabitliyin olması, iqtisadiyyatın şaxələndirilməsi ilə əhatəli islahatların həyata keçirilməsidir: "İqtisadi inkişafın dayanıqlığının təmin olunması, tarazlı və hərtərəfli inkişafını təmin edən strateji proqramlar öz uğurlu nəticələrini göstərir. 2017-ci ilin ilk 3 ayında hərtərəfli regional inkişaf təmin edilib, 85 min yeni iş yerinin yaradılıb. Sosial infrastruktur yeniləşir, bu amillər Azərbaycanın iqtisadiyyatın tarazlı inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına öz mühüm töhfəsini verməkdədir. Eyni zamanda Azərbaycanın beynəlxalq mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib. Həyata keçirilən iqtisadi və sosial layihələr respublikamızın beynəlxalq iqtisadi mövqeyinin də güclənməsinə səbəb olub".

İlkin İzzət

Mill.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR