Prezident İlham Əliyev: "Cocuq Mərcanlının bərpası tarixi hadisədir"

Prezident İlham Əliyev: "Cocuq Mərcanlının bərpası tarixi hadisədir"
18:12 10 Aprel 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabinetinin iclasında cari ilin birinci rübündə baş verən hadisələrdən danışan Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpasının tarixi hadisə olduğunu söyləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı indi orada yeni qəsəbənin salındığını, birinci növbədə 50 evin, məktəbin, uşaq bağçasının, məscidin tikildiyini, yeni yol salındığını, əlavə 150 ev və tibb məntəqəsinin tikiləcəyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Cocuq Mərcanlıda tikilən məscidin Şuşa məscidinin memarlığını təkrarladığını vurğulayıb.

Erməni vəhşiləri tərəfindən dağıdılmış bütün abidələrimizin, məscidlərimizin bərpası gününün də gələcəyini bildirən dövlətimizin başçısı deyib ki, Cocuq Mərcanlının bərpası Azərbaycan xalqının heç vaxt bu işğalla barışmayacağını göstərir: "Bu, bir daha onu göstərir ki, 20 ildən artıq başqa yerdə məskunlaşan Cocuq Mərcanlı kəndinin sakinləri öz doğma kəndinə tezliklə qayıtmaq arzusu ilə yaşayırlar. Baxmayaraq ki, orada bütün evlər dağıdılıb, ora təmas xəttinə yaxındır. Bax, budur torpaq sevgisi, Vətən sevgisi. Ona görə həm dövlət, həm bizim siyasətimiz, eyni zamanda, xalq bu məsələdə vəhdət təşkil edir. Bu vəhdət, bu birlik bizi daha da ruhlandırır və göstərir ki, biz haqq yolundayıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/533840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR