Suriyanın vurulması Trampın reytinqini qaldırdı - SORĞU

Suriyanın vurulması Trampın reytinqini qaldırdı - SORĞU
18:23 10 Aprel 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın Şayrat bazasına endirilən raket zərbələri ABŞ prezidenti Donald Trampın reytinqini kəskin artırıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda CBS News telekanalının keçirdiyi sorğunun nəticələrində deyilir.

Məlumata görə, martın sonunda Trampın reytinqi 35 faiz təşkil edirdi. Hazırda rəyi soruşulanların 43 faizi Trampı dəstəklədiyini bildirib.

Daha əvvəl qeyd edilirdi ki, “Huffington Post” nəşri və “YouGov” şirkətinin keçirdiyi sorğuya əsasən amerikalıların yarısından çoxu (51 faiz) Suriyaya raket zərbələrinin endirilməsi barədə Trampın qərarını dəstəkləyirlər. “CBS News” analoji sorğusunun nəticələri göstərir ki, respondentlərin 57 faizi prezidentin bu qərarından razı qalıb.

Xatırladaq ki, aprelin 7-də ABŞ Suriyanın Şayrat bazasına 59 raket zərbəsi endirib. Zərbələr nəticəsində müxtəlif məlumatlara görə, 4-dən 10-a qədər Suriya hərbçisi ölüb, bazasının infrastrukturu dağıdılıb. Vaşinqton bu addımı Əsəd rejiminin İdlibdə tətbiq etdiyi kimyəvi hücuma cavab olaraq atdığını bildirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR