"Bakıda tikinti işlərinin miqyası əmlak bazarının canlanmasına imkan verəcək"

"Bakıda tikinti işlərinin miqyası əmlak bazarının canlanmasına imkan verəcək"
18:57 10 Aprel 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

"Son illərdə Bakıda aparılan tikinti işlərinin miqyası əmlak bazarının canlanmasına imkan verəcək".

Milli.Az xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bu gün Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışını şərh edərkən deyib.

N.İbrahimov Azərbaycanın tikinti sektorunun inkişaf etdiyini bildirib: "Bu isə öz növbəsində, məşğulluğun artırılmasına və tikinti materialları bazarının fəallaşmasına şərait yaradır. Bütün bunlar yekunda insanların əlavə gəlirlər əldə etməsinə də gətirib çıxarır".

Ekspert hesab edir ki, tikinti işləri hazırkı mərhələdə paytaxtda mənzillərin qiymətinin artmasına təsir etməyəcək.

Qeyd edək ki, dövlətimizin başçısı Nazirlər Kabinetinin iclasında bildirib ki, Bakıda 300-dən çox yeni hündürmərtəbəli bina tikilir və minlərlə yeni iş yeri yaradılır. Paytaxtımızın müxtəlif yerlərində müddəti keçmiş, yararsız vəziyyətdə olan binalar sökülür, həmin binalarda yaşayan vətəndaşlara ya kompensasiyalar ödənilir, yaxud da kirayə pulu verilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR