Bakıda anasını qətlə yetirən şəxsdən yeni xəbər

Bakıda anasını qətlə yetirən şəxsdən yeni xəbər
15:41 7 Yanvar 2015
101 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Mahmud Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası yanvarın 12-nə təyin edilib.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Nağıyev Mahmud Ramiz oğlu anası, 1975-ci il təvəllüdlü Nağıyeva Pərvanə Ataxan qızına aralarında şəxsi münasibətlər zəminində baş verən dava zamanı çoxsaylı bıçaq xəsarətləri yetirib. Bəbənin müxtəlif nahiyələrindən 10 bıçaq xəsarəti alan Pərvanə Eyvazova hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən Mahmud Nağıyev tutularaq istintaqa təhvil verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR