Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci
rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunan iclası keçirilib.Ermənistanın
birinci prezidenti Levon Ter-Petrosyan yenidən Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsinə toxunub və əvvəlki təkliflərini
səsləndirib. Suriyaordusuna aid aviabazanın ABŞ
tərəfindən vurulması ilə əlaqədar gərginlik davam edir. Qərb daha
açıq səslə Suriya lideri Bəşər Əsədin hakimiyyətdən getməli
olduğunu bildirir.
Bu ilin birinci rübündə də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllinin diqqət mərkəzində oduğunu
deyən Azərbaycan Respublikasının Prezidenti Prezident bildirib ki,
ATƏT-in Minsk qrupu Ermənistana təzyiqi daha da
gücləndirməlidir.
Prezident “Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir”
Ermənistanda parlament seçkiləri başa çatdı və
bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
danışıqların dalandan çıxıb-çıxmayacağı maraqlıdır.
Xüsusilə İrəvan danışıqlar masasına gətiriləcəkmi, yoxsa, əvvəlki
kimi qeyri-konstruktiv yanaşma davam edəcək?!
Qarabağda yaxınlaşan MÜHARİBƏ: ölkədən qaçan ermənilər və Sarkisyanın yeganə ÇIXIŞ YOLU
Ermənistanın birinci prezidenti, “Erməni milli
konqresi”nin lideri Levon Ter-Petrosyan yenidən Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsinə toxunub və əvvəlki təkliflərini
səsləndirib. “Hazırda danışıqlar masasında olan
variant ən yaxşı təklifdir. Ərazilərin qaytarılması və
təhlükəsizliyin təmin edilməsi lazımdır. Vaxt keçdikcə, bu, bizim
ziyanımıza işləyir”, - deyə o bildirib.
Ter-Petrosyan erməniləri qul adlandırdı və Qarabağı TƏLƏB ETDİ
ABŞ prezidenti Donald Tramp Rusiyanın Suriyadakı
addımlarına görə Putin hökumətinə qarşı yeni sanksiyalar irəli
sürmək niyyətindədir. ABŞ-ın BMT-dəki daimi
nümayəndəsi Nikki Haley Trampın Rusiya və İrana qarşı sanksiyalar
tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
“ABŞ-ın Suriya siyasətində bir neçə prioritet var. Birincisi,
təkcə Əsədin getməsi yox, həm də İŞİD-in məhv edilməsidir.
İkincisi, Əsəd prezident olduğu müddətdə Suriyada sülh görmürük.
Üçüncüsü, İranın Suriyadakı nüfuzunu qırmaq və problemin həllinə
nail olmaqdır. Rejim dəyişikliyinin reallaşacağını düşünürük”, -
deyə o bildirib.
Dövlət Dumasının xarici əlaqələr komitəsinin rəhbəri Konstantin
Kosaçev isə bildirib ki, Tramp Suriyaya görə Rusiyaya qarşı
sanksiyalar tətbiq edərsə, bu, iki ölkənin münasibətlərini
pozacaq.
Böyük Britaniyanın xarici işlər naziri Boris Conson
“Tabloid Sun” nəşrinə müsahibəsində Vaşinqtonun Suriyaya yeni raket
zərbələri vura biləcəyi barədə xəbərdarlıq edib.
Nazir vurğulayıb ki, ABŞ Suriyada öz hərəkətləri ilə Qərbin aydın
siqnalını çatdırıb.
“Onlar bunu yenidən edə bilərlər. Şübhə yoxdur ki, ABŞ-ın
hərəkətləri əslində Suriyada vəziyyəti dəyişdirir”, - Conson qeyd
edib.
“Tayms” qəzeti isə yazıb ki, Boris Conson Rusiyaya
qarşı yeni sanksiyaların tətbiqinə çalışacaq. “Conson
G7 ölkələrinə Moskvanın Suriya Prezidenti Bəşər Əsədi dəstəkləməyi
dayandırması ilə bağlı birgə bəyanat yaymağı təklif edəcək. Əgər
Rusiya bundan imtina etsə, o zaman genişmiqyaslı sanksiyalara izn
veriləcək. Sanksiyalar paketi hazırdır və G7 ölkələrinin XİN
rəhbərlərinin İtaliyadakı görüşündə təqdim ediləcək”, – “Tayms”
yazıb.
Daha əvvəl isə ABŞ prezidentinin müşaviri general Gerbert
Makmaster Amerikanın Suriya hökumət qüvvələrinin bazalarına
endirilən raket zərbələrini artıra biləcəyini söyləyib.
Xatırladaq ki, aprelin 7-də ABŞ Suriyanın Şayrat bazasına 59
raket zərbəsi endirib. Zərbələr nəticəsində müxtəlif məlumatlara
görə, 4-dən 10-a qədər Suriya hərbçisi ölüb, bazasının
infrastrukturu dağıdılıb. Vaşinqton bu addımı Əsəd rejiminin
İdlibdə tətbiq etdiyi kimyəvi hücuma cavab olaraq atdığını
bildirib.
İdlibə gerçəkləşdirilən kimyəvi hücumun günahkaları
arasında Ağ Ev də var. Bunu jurnalistlərə
açıqlamasında amerikalı senator Con Makkeyn söyləyib.
“Kimyəvi hücuma əsas səbəblərdən biri də ABŞ-ın açıqlamasıdır.
Əsədi devirməyin əsas prioritet olmadığını deyən Vaşinqton bununla
da Suriya hakimiyyətini ümidləndirmiş oldu. Şayrata endirilən raket
zərbələri son 8 ilin siyasətindən geriyə edilən dönüş oldu. Biz
Suriya Hərbi Hava Qüvvələrinin bütün bazalarını yox etməliyik”, –
deyə o bildirib.
ABŞ Hərbi Hava Qüvvələrinin Suriya ordusuna aid
aviabazanı raket atəşinə tutması Dəməşqin ən yaxın himayəçilərindən
olan Moskva ilə Vaşinqton arasında münasibətləri daha da
gərginləşdirib. ABŞ-Rusiya münasibətlərinin inkişafını
dəyərləndirən KİV və ekspertlər hərbi qarşıdurmanı da istisna
etmirlər.
“Rossiyskaya Gazeta”ya görə, rusiyalı ekspertlər Rusiya-ABŞ
münasibətlərində aşağıdakı mümkün ssenarilərinin olduğunu
bildirirlər.
ABŞ və Rusiya nüvə müharibəsinə başlaya bilər - ÜÇ MÜMKÜN SSENARİ
ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp
Suriya hökumət qüvvələrinə aid hərbi hava bazasına raket
zərbələrinin endirilməsi barədə atasının qərarına əhəmiyyətli təsir
göstərib. Bu haqda öz mənbələrinə istinadən “The
Independent” nəşri məlumat yayıb.
Mənbələrə əsasən, İvanka Tramp Suriyanın İdlib vilayətində
kimyəvi silah hücumu edilən yerdən çəkilən şəkillərdən həqiqətən də
silkələnib. Onun mövqeyi Oval kabinetin qərarına əhəmiyyətli təsir
göstərib.
Aviabazanın vurulmasından sonra isə Trampın qızı tvitter
səhifəsində yazıb ki, atasının qərarı ilə fəxr edir. İvanka Tramp
hazırda prezidentin xüsusi məsləhətçisi vəzifəsini tutur və Ağ Evdə
ictimai əsaslarla işləyir.
Türkiyə hökuməti Astana görüşündən əvvəl Suriyada
atəşkəsə zəmanətçi olan ölkələrin (Rusiya, İran, Türkiyə) Tehranda
qapalı görüş keçirməsini istəyib. Bunu “RİA Novosti”
agentliyinə açıqlamasında Suriya Xarici İşlər nazirinin müavini
Faysal Mikdad söyləyib. O, görüşün Tehranda aprelin 18-i və 19-da
keçiriləcəyini bildirib.
Mikdad Astanadakı danışıqların yeni raundunun Tehran görüşünün
nəticələrindən asılı olacağını söyləyib.
Qeyd edək ki, Astana görüşü mayın 3-də keçiriləcək.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə
ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı
olub. Telefon söhbətində İŞİD terror qruplaşması ilə
mübarizə, Suriya böhranının həlli və ölkə prezidenti Bəşər Əsədin
siyasi gələcəyi barədə məsələlər müzakirə edilib.
“RİA Novosti”yə müsahibəsində Suriya Xarici İşlər
nazirinin müavini Faysal Mikdad xəbərdalıq edib ki, Əsəd
hakimiyyətdən getsə, Suriya dövlət olaraq yox olacaq və
parçalanacaq. “Biz hər zaman demişik ki, bu
hakimiyyət olmasa, Suriya yox olacaq. Bizim rəhbərlik ölkədə
islahatların keçirilməsinin mahiyyətini anlayır”, – deyə o
bildirib.
Rusiya ordusunun ehtiyatda olan general-polkovniki
Yevgeni Bujinski isə hesab edir ki, Suriyanın dövlət başçısı Bəşər
Əsədi hərbi yolla devirmək mümkün deyil. General
deyib ki, Suriyada vəziyyətin kifayət qədər çətin olmasına
baxmayaraq, Bəşər Əsəd xarici müdaxilələrə uduzmur:
“Rusiya və İran hərbi yardımı davam etdirdiyi təqdirdə, Bəşər
Əsədi hərbi yolla devirmək mümkün olmayacaq. İndiki halda isə Bəşər
Əsəd xaricdən zəif görünə bilər. Ancaq nəzərə almaq lazımdır ki,
Əsəd zəifləyən kimi Rusiya və İran onu gücləndirməyə
çalışacaq”.
Almaniya hökumətinin sözçüsü Steffen Seybert isə
deyib ki, Əsəd prezident olduğu müddətdə Suriyada dinclik
olmayacaq: “Əsəd heç vaxt sülhə razı olmayıb.
Böhranın həll olunması üçün Əsəd vəzifəsindən getməlidir. Yoxsa
Suriyada heç vaxt sülh və sabitlik hökm sürməyəcək”.
Moskva isə ABŞ-la Suriya üzrə genişmiqyaslı
saziş naminə Bəşər Əsədə dəstəyindən imtina variantına
baxmır.
Moskva Qərbin Əsədlə bağlı tələbinə CAVAB VERDİ
“ABŞ-ın Suriyaya raket zərbələri endirməsi səhv idi.
Bu ilk dəfə baş verdi. Təkrarı çox təhlükəli nəticələrə yol aça
bilər. Bunu İran prezidenti Həsən Ruhani paytaxt
Tehranda Prezident Sarayında təşkil etdiyi mətbuat konfransında
deyib.
ABŞ gözlənilmədən Cənubi Koreya sahillərinə “Carl
Vinson” atom təyyarədaşıyanının başçılıq etdiyi zərbə qrupunu
göndərib. Cənubi Koreyanın “Renxap” informasiya
agentliyinin məlumatlarına görə, Amerika gəmilərinin zərbə qrupu
əvvəlcə Avstraliya sahillərinə getməyi planlaşdırsa da, hazırda
Sinqapurdan Koreya yarımadasına doğru hərəkət edir. Zərbə qrupunda
“Carl Vinson” təyyarədaşıyandan başqa, iki esmines və idarə olunan
raketlərlə təchiz edilən bir kreyser daxildir. Kreyser ballistik
raketləri zərərsizləşdirə bilən sistemlə də təchiz olunub.
Daha əvvəl NBC kanalının verdiyi xəbərə görə, ABŞ Milli
Təhlükəsizlik Şurası prezident Donald Trampa Koreya Xalq Demokratik
Respublikasının (KXDR) yaratdığı nüvə təhdidi probleminin həlli
üçün bir neçə variant təklif edib. Variantlar arasında Cənubi
Koreya ərazisində Amerikanın nüvə raketlərinin yerləşdirilməsi,
kiberhücumlar, həmçinin KXDR-in lideri Kim Çen Inın qətli var.
Nüvə silahları qaynar bölgədə: 5 gün sonrakı MÜHARİBƏYƏ HAZIRLIQ
ABŞ-ın dövlət katibi Reks Tillerson isə bildirib ki,
Şimali Koreyada rejim dəyişikliyi Vaşinqtonun əsas hədəfi
deyil. O, ABŞ-ın Koreyada əsas məqsədinin nüvəsiz
yarımada yaratmaqdan ibarət olduğunu bildirib.
ABŞ prezidenti Donald Trampın köməkçilərindən olan
Sebastiyan Qorka Liviyanı üç hissəyə bölməyi təklif
edib. Bu haqda İngiltərənin “The Guardian” nəşri
yazıb.
Nəşrin yazdığına görə, Trampın köməkçisi salfetin üstündə
çəkdiyi xəritə ilə Liviyanı Osmanlı dövründəki üç ayrı bölgənin
sərhədləri üzərindən bölünməsini təklif edib. O, xəyali dövlətlərin
sərhədlərini də göstərib.
“Bu ölkəni üç hissəyə bölək!” - Trampa salfet üzərində ŞOK TƏKLİF
ABŞ Türkiyənin Adana vilayətindəki İncirlik hərbi
hava bazasını tərk etməyə hazırlaşır. Bu haqda İsrail
kəşfiyyatına (MOSSAD) yaxınlığı ilə tanınan “Debka” saytı
bildirib.
Saytın yazdığına görə, ABŞ İncirlik əvəzinə Suriyanın şimalında
qurulan 5 hərbi hava bazasına yerləşməyi planlaşdırır. Bazalardan
ikisi Kamışlı, digərləri isə Rimeylan, Tabka və Kobanidə yeləşir.
Bütün bazalar istifadə üçün hazır vəziyyətə gətirildikdikdən sonra
ABŞ Suriyada əməliyyatları iki dəfə artıracaq.
Daha əvvəl yayılan məlumata görə, NATO missiyası çərçivəsində
İncirlik bazasında yerləşdirilən Almaniyanın kəşfiyyat
təyyarələrinin Cənubi Kipr və İordaniyadakı bazalara köçürülməsi
planlaşdırılır.
Cənubi Osetiya Rusiyanın tərkibinə daxil olmaqla
bağlı referendumun keçirilməsi üçün Moskva ilə müzakirələri davam
etdirəcək. Bunu jurnalistlərə açıqlamasında qondarma
Cənubi Osetiyanın yeni seçilən “prezidenti” Anatoli Bibilov
söyləyib.
Qeyd edək ki, dünən qondarma respublikada prezident seçkisi
keçirilib. Seçkinin ilkin nəticələrinə əsasən, Bibilov səslərin
57,98 faizini toplayıb.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/194522.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)