""Manıs" kimi hərəkətlər edirlər" - Elvin şou-biznesi tənqid etdi

""Manıs" kimi hərəkətlər edirlər" - Elvin şou-biznesi tənqid etdi
20:05 10 Aprel 2017
116 Şou
Ölkə mətbuatı
A- A+

"Tam əminliklə deyirəm ki, iki ildir şou-biznes batıb. Son aylarda isə çox bərbat durumdadır. Heç dinləmirəm, çıxışlara baxmıram, çünki iyrənirəm".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elvin Abdullayev "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. 

Sənətçi şou aləmindəki ikiüzlülükdən danışıb:

"Şou nümayəndələrinin bir-birinə olan ikiqatlı, beşqatlı simaları məni qıcıqlandırır. Simalar dəhşətli dərəcədədir. Bir-birinə canım, ürəyim, nə gözəl geyimin var deyib, üzünü çevirən kimi qeybətin edirlər. Görün, hansı vaxta gəlib çatmışıq, çox pis ərəfədir. Mənə həmişə deyirlər, ad gününə, uşağımın sünnətinə gəlmirsən. Əcəb edirəm, qaçmaq lazımdır. "Manıssayağı" hərəkətlər edirlər. Oxunan mahnılar, səslənən aranjimanlar biabırçıdır. Amma insanların zövqünü oxşayırlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/533798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR