“Kobra” İslamiadaya hazırlaşır - FOTOLAR

“Kobra” İslamiadaya hazırlaşır - FOTOLAR
20:14 10 Aprel 2017
116 Digər
Ölkə mətbuatı
A- A+

“Kobra” ləqəbi ilə tanınan peşəkar kikboksinq üzrə beş qat dünya çempionu Pərviz Abdullayev Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlaşır.

 

Apasport.az saytının məlumatına görə, Abdullayev uşu-sanda idman növünə qayıdaraq Azər Həsənsoyun rəhbərliyi altında müntəzəm məşqlərə başlayıb.

 

O, məhz bu idman növündə 75 kq çəki dərəcəsində Azərbaycanın şərəfini qoruyacaq. Dünya çempionu karyerası boyunca keçirdiyi 51 peşəkar döyüşdən 46 qələbə, 20 nakaut əldə edib.

 

Qeyd edək ki, idmançımızın xeyli sayda mükafatları və titulları var. Belə ki, o, həm də 2010-cu ildə Azərbaycanda “İlin idmançısı” adına layiq görülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR