Tərlan Əhmədov bu futbolçunu qovdu

Tərlan Əhmədov bu futbolçunu qovdu
20:17 10 Aprel 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

AZAL Tural Hümbətovla yollarını ayırıb. Fanat.Az xəbər verir ki, bu barədə baş məşqçi Tərlan Əhmədov məlumat verib.


"Sumqayıt"la oyundan sonra (1:2) açıqlama verən baş məşqçi bildirib ki, Hümbətovun qovulmasına səbəb onun icazəsiz Rusiya klublarından birinə baxışa getməsi olub. Çalışdırıcı 23 yaşlı müdafiəçinin hansı kluba baxışa yollandığını açıqlamayıb.


Qeyd edək ki, 2015/16 mövsümünün əvvəlindən AZAL-da çıxış edirdi. Bu müddətdə 56 oyuna çıxan futbolçu 2 qol vurub. O, U-17 və U-21 yığmalarımızda oynayıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-trlan-hmdov-bu-futbolcunu-qovdu-t57488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR