Nazir: "Büdcəyə 50 milyon manata yaxın vəsaitin daxil olacaq"

Nazir: "Büdcəyə 50 milyon manata yaxın vəsaitin daxil olacaq"
20:27 10 Aprel 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

"Şopinq Festivalı MDB ölkələrində ilk olaraq Azərbaycanda keçirilir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu festival zamanı dünya təcrübəsi öyrənilib: "Bilirsiniz ki, Dubayda, İstanbulda, Sinqapurda bu cür şopinq festivallar keçirilir və turist axınına çox müsbət təsir göstərir. Odur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu festival keçirilir. Üstəgəl onu da deyim ki, dünya təcrübəsində ilk dəfə olaraq "tax free"nin qaytarılması xarici turstlərlə yanaşı, həm də Azərbaycan vətəndaşlarına şamil olunacaq. Bu isə nəinki turizmin, ümumiyyətlə ticarətin stimullaşdırılması istiqamətində atılan addımdır. Bu il ilk dəfə keçirilən festival müəyyən sınaq müddəti tələb edir. Bizim fikrimiz var ki, ildə iki dəfə bu şopinq festivalı keçirək. Bildiyimə görə, artıq camaat ticarətə, alış-verişə başlayıb. Bizim ehtimallarımıza görə, bu ticarət festivalı çərçivəsində büdcəyə 50 milyon manata qədər vəsait daxil olacaq. Hesab edirəm ki, bu gözəl bir fürsətdir, amma bunu peşəkarlıqla, həssaslıqla və diqqətlə yerinə yetirmək lazımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR