Tərlan Əhmədov AZAL-dan gedir: "Təklifləri dəyərləndirəcəm"

Tərlan Əhmədov AZAL-dan gedir:   "Təklifləri dəyərləndirəcəm"
20:37 10 Aprel 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"lə oyunda sonra bəlli idi ki, 7-ci yer uğrunda heç bir şansımız yoxdur. Ancaq futbolçulara son ev oyunumuzu qələbə ilə başa vurmaq tapşırığını vermişdim". 


Bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov evdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra mətbuat konfransında deyib. 


Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...


- Qalan 3 oyunda hədəfiniz nə olacaq?

- Çalışacağıq ki, son turlarda qələbə qazanaq. Bəzi futbolçular potensialından aşağı çıxış edir. Futbol elə bir oyundur ki, istək hər şeydən üstündür. Bu olmasa, nəticə qazanmaq mümkün deyil. Ötən mövsüm komandadan çox futbolçuları göndərdim. Ancaq gərək onları saxlayardım.


- Bu gün 3 müdafiəçi ilə oynadınız. Səbəb nə idi?

- 3-5-2 sxemi ilə oynayırdıq. Bu oyun üçün sırf 18 futbolçum var idi. Tural Hümbətovu mart ayından komandadan göndərmişəm. Mənim icazəm olmadan Rusiya klublarından birinə baxışa gedib. Məndə əsas nizam-intizamdır. Qalib gəlmək üçün 2 hücumçu ilə oynayırdıq.


- Komanda uduzsa da, döyüşkən futbol oynayır. Maraqlıdır, baş məşqçi kimi Tərlan Əhmədov komandanı oyuna hazırlayarkən futbolçuları necə motivasiya edir?

- Sözlə ifadə etmək çətindir. Bunu bir Allah bilir. Maddi vəziyyətimiz elədir ki, heç deyiləsi deyil. Özüm də az qalıram meydana çıxam.


- Maraqlıdır, bu durumla mövsümün əvvəli olsaydı, nələri dəyişərdiniz?

- Mən artıq burada olmayacaqdım. İndiki heyəti yaydan yığa bilsəydim, tamamilə başqa olardı. Artıq son turları gözləyirəm. Gələn təklifləri dəyərləndirəcəyəm. Roman Qriqorçukun son müsahibəsində oxudum ki, pulsuz hərəkət etmək olmur.


- Yəni demək istəyirsiniz ki, pulsuz "Qəbələ"ni çempionluqdan etdiniz?

- Az büdcə ilə nəsə eləmək olar, amma bu, müvəqqətidir. (Sportnet.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-trlan-hmdov-azal-dan-gedir-t57490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR