Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Metbuat.az bildirir ki, binanın zirzəmisində 1 ədəd yataq dəsti yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş vəziyyətdə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Zirzəmi yanğından mühafizə olunub. Yanğın saat 17:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.